AZ

Ermənistanı Rusiya ilə birləşməyə çağıran merə cinayət işi açıldı

BAKI, 27 oktyabr. TELEQRAF

Ermənistanın Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyana qarşı yeni ittihamlar irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Aramayis Ayrapetyan məlumat verib.

Sentyabrın 16-23-də Ermənistanın Rusiya ilə “İttifaq Dövləti”ində birləşməsi barədə səsləndirdiyi fikrə görə V.Qukasyan barəsində yeni cinayət işi açılıb. Bu fikir Ermənistanın suverenliyindən imtinaya açıq çağırış kimi qiymətləndirilib.

Xatırladaq ki, Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin həyata keçirdiyi genişmiqyaslı əməliyyat-istintaq tədbirləri və məxfi istintaq nəticəsində Gümrü meri 2 ay müddətinə həbs edilib. V.Qukasyan korrupsiya və rüşvət tələbetmədə təqsirləndirilir.

Seçilən
28
teleqraf.com

1Mənbələr