AZ

Tramp, Burevestnik sınaqlarına cavab olaraq, Rusiya sahillərində sualtı qayıq dan danışıb

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ, "dünyanın ən yaxşı" Amerika nüvə sualtı qayığı Rusiya sahillərində yerləşdiyindən, Rusiya ilə silahlanma yarışında ultra uzun mənzilli raketlərin hazırlanmasının vacib olduğuna inanmır.

Bizimyol.info xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Rusiyanın limitsiz mənzilli "Burevestnik" qanadlı raketinin sınaqlarını başa çatdırmasına münasibət bildirərkən qeyd edib.

"Onlar bilirlər ki, bizim dünyanın ən yaxşı nüvə sualtı qayığımız onların sahillərindədir. Beləliklə, ABŞ-ın 8000 mil (12,8 km-dən çox) mənzilli raketlərə ehtiyacı yoxdur", - deyə Tramp Kuala Lumpurdan Tokioya gedən təyyarəsində jurnalistlərə bildirib. Prezidentin jurnalitlətlə söhbəti Ağ Evin saytında yayımlanıb.

ABŞ Prezidenti həmçinin Ukraynada davam edən münaqişə fonunda Rusiyanın "Burevestnik" sınaqlarının başa çatması barədə açıqlamasını "yersiz" hesab edib. “Bir həftə davam etməsi nəzərdə tutulan müharibə artıq dördüncü ilinə qədəm qoyur. Raket sınaqları əvəzinə münaqişənin həll edilməlidir”, - deyə prezident bildirib.

Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin limitsiz mənzilli “Burevestnik” nüvə enerjisi ilə işləyən qanadlı raketinin həlledici sınaqlarının başa çatdığını elan edib.

Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, raket təxminən 15 saat havada qalıb və 14.000 kilometr məsafə qət edib ki, bu da son hədd deyil.

O, uçuş zamanı bütün tələb olunan şaquli və üfüqi manevrlərin yerinə yetirildiyini və “bununla da raket və hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün yüksək imkanlarını nümayiş etdirdiyini” vurğulayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr