AZ

ABŞ-da süni intellektlə idarə olunan X-BAT VTOL döyüş təyyarəsi təqdim edilib

ABŞ-ın “Shield AI” şirkəti süni intellektlə idarə olunan, vertikal qalxma və enmə (VTOL) qabiliyyətinə malik X-BAT döyüş təyyarəsini təqdim edib.

“Poliqon” “Shield AI”yə istinadən xəbər verir ki, yeni təyyarə mübahisəli əməliyyat zonalarında, ekspedisiya və dəniz missiyalarında istifadə üçün nəzərdə tutulub.

X-BAT təyyarəsinin əsasını “Shield AI”nin “Hivemind” adlı süni intellekti ilə təchiz olunmuş avtonom proqram təminatı təşkil edir. “Hivemind”, rabitənin məhdud, zəif və ya kəsildiyi şəraitdə platformaları müstəqil şəkildə idarə etməyə imkan verir. Bu sistem sayəsində X-BAT mübahisəli döyüş məkanlarına avtonom şəkildə daxil ola, pilotlu təyyarələrlə dinamik əməkdaşlıq edə və davamlı rabitəyə ehtiyac olmadan taktiki əməliyyatlar həyata keçirə bilir. Bu xüsusiyyətlər X-BAT-ı həm müşayiət PUA-sı, həm də tam avtonom döyüş platforması kimi fəaliyyət göstərməyə imkan verir.

X-BAT, öz sinfində tam döyüş yükü ilə 2000 dəniz milindən artıq məsafə qət edə bilən və eyni zamanda, VTOL qabiliyyətinə malik yeganə platformadır. Bu, gəmilərdən, adalardan və uzaq meydançalardan genişmiqyaslı əməliyyatlar aparmağa şərait yaradır. O, zərbə, hava hücumuna qarşı müdafiə, elektron müharibə, kəşfiyyat, müşahidə və məlumat toplama kimi müxtəlif tapşırıqları yerinə yetirə bilir.

Kompakt ölçüləri sayəsində bir köhnə nəsil döyüş təyyarəsinin və ya helikopterin tutduğu yerdə üç ədəd X-BAT yerləşdirilə bilər ki, bu da uçuş tezliyini və əməliyyat tempini xeyli artırır. Həmçinin xərc baxımından da səmərli olan X-BAT, beşinci nəsil döyüş təyyarələri ilə müqayisədə dəfələrlə ucuz əldə etmə və istismar dəyərinə malikdir.

Seçilən
22
poliqon.az

1Mənbələr