22 rayonda paralel iki istiqamət üzrə 2 439 qadın mammoqrafiya müayinəsindən keçib. Bunu jurnalistlərə açıqlamasında TƏBİB-in Strateji İnkişaf Departamentinin Korporativ Əməkdaşlıq Şöbəsinin müdiri Nigar Rüstəmli bildirib.
Nəticələrin ilkin təhlili 11 rayonda aparılıb.
"1 219 nəfərdən 386 nəfərdə BI-RADS 3, 51 nəfərdə isə BI-RADS 4 aşkarlanıb. BI-RADS 3 “şübhəli qeyri-adi dəyişiklik”, BI-RADS 4 isə “xərçəng riski yüksək olan dəyişiklik” deməkdir", - o bildirib.
Azərbaycanda süd vəzisi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növlərindən biridir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, erkən mərhələdə aşkar edilən hallarda müalicə effektivliyi əhəmiyyətli dərəcədə artır. TƏBİB tərəfindən keçirilən bu genişmiqyaslı mammoqrafiya müayinələri qadınlarda xərçəngin erkən diaqnostikasını və profilaktikanı gücləndirməyi hədəfləyir.
Aytac Zeynalova