AZ

Deputat ictimai qınaqdan sonra bu addımı atmağa məcbur oldu

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Müşviq Məmmədov AXCP sədrinin müavini Fuad Qəhrəmanlının partiya sədri Əli Kərimli ilə bağlı etdiyi paylaşıma qoyduğu bəyənməni geri çəkib.

“Yeni Sabah” xəbər verir ki, onun müxalifət liderinə həsr olunan statusu bəyənməsi mətbuat və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Məsələ ictimailəşəndən sonra M.Məmmədli F.Qəhrəmanlının statusundakı bəyənməsini ləğv edib. Hazırda həmin bəyənmə görünmür.    Dördpendirli pizza

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Facebook” səhifəsində jurnalist Rahim Hacıyevin partiya sədri Əli Kərimli barədə yazdığı qısa məqaləni paylaşıb. Diqqət çəkən məqam isə paylaşımın özü deyil, bu addıma Yeni Azərbaycan Partiyasının üzvü, 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədlinin reaksiyası olub. Belə ki, o, F.Qəhrəmanlının paylaşımını bəyənib. 

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
56
yenisabah.az

1Mənbələr