AZ

Fəzail Ağamalı: Qurultaydakı qanunsuzluqla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır

Oktyabrın 25-də "Ana Vətən" Partiyasının növbədəkənar qurultayında baş verənlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.

 Bunu Ölkə.az-a açıqlamasında  "Ana Vətən" Partiyasının sədri Fəzail Ağamalı partiyanın qurultayından yaşananlar və bundan sonrakı addımları ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, qurultay  zamanı kifayət qədər hüquq pozuntularına yol verilib və baş verənlərlə bağlı sənədlər hazırlanmaqdadır. “Sənədlər ən qısa zamanda hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunacaq. Əgər çatdırsaq  gün ərzində  sənədləri təqdim edəcəyik”, - o qeyd edib.
Fəzail Ağamalı  bildirib ki, qarşı tərəfin də müraciəti ola bilər: “Bizim onların hər hansı addım atıb-atmayacağı ilə bağlı fikri bildirmək niyyətimiz yoxdur. Bu onların haqqıdır. İnanıram ki, Ədliyyə Nazirliyi  məsələyə baxıb  tez bir zamanda obyektiv, arqumentləşdirilmiş şəkildə hüquqi qiymət verəcək. Ədliyyə Nazirliyinin qərarı həlledici olacaq. Bu qərarı heç kimin şübhə altına almağa haqqı çatmayacaq”.

F.Ağamalı onu da əlavə edib ki, Ədliyyə Nazirliyinin qərarından sonra  növbədənkənar qurultay yenidən keçiriləcək.

 Mürtəza

Seçilən
80
2
olke.az

3Mənbələr