Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir. Ajans.az məsələni geniş araşdırmaq üçün nəqliyyat eksperti Eldəniz Cəfərov ilə əlaqə saxlayıb. O bildirib ki, qərardan sonra Çin istehsalı olan avtomobillərin satışında azalma gözlənilmir. Lakin qiymətlərdə yüksəlmə gözləniləndir. Amma bu yalnız bizim ölkəyə aid ola bilməz. Çinin özündə də dövlətin istehsalçılara təklif etdiyi vergi də dəyişir. Bildiyimiz kimi, bizim ölkəmizdə də hibrid avtomobillərə edilən güzəştlər ləğv olunur. Bu da nəticədə qiymət artımına yol açır. Ekspert söyləyib ki, ölkənin avtomobil bazarında fəallıq olsa da, əvvəlki qədər yüksək deyil. Bu əsasən də, ikinci əl avtomobil bazarlarında müşahidə edilir. Güzəşt ləğvindən sonra isə yenilənmə mütləqdir. Elməddin Cəfərovun sözlərinə görə, ölkəmizdə elektrikli avtomobillərə maraq çoxdur. Amma bu maşınlar o qədər də məşhur deyil. Çünki infrastruktur zəifdir, ölkə ərazisində enerjidoldurma məntəqələrinin sayı olduqca, aşağıdır. Nəticədə maraq olsa da, məşhurluq əldə etmək çətin olur.