AZ

Türkmənistan və Qırğızıstan ikitərəfli əlaqələrin inkişafını müzakirə edib

BAKI, 27 oktyabr. TELEQRAF

Türkmənistanın BƏƏ-dəki səfiri Bayram Bayramov Qırğızıstandan olan həmkarı Aman Saliyev ilə görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə ölkələr arasında ortaq tarix və mədəniyyətə əsaslanan möhkəm dostluq əlaqələrinə istinad olunub.

Tərəflər əməkdaşlığın perspektivlərini müzakirə edib, son vaxtlar yüksək səviyyəli əlaqələrə dair fikir mübadiləsi aparıb, siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.

B.Bayramov Türkmənistanın dostluq və mehriban qonşuluq əsasında gələcək əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

Seçilən
16
teleqraf.com

1Mənbələr