ain.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.
“Yuventus”da baş məşqçi İqor Tudorun postu təhlükə altındadır.
İdmanxeber.az-ın məlumatına görə, A Seriyasının son turunda “Latsio”ya 0:1 hesabı ilə uduzan Turin klubu ardıcıl üçüncü məğlubiyyətini alıb və səkkiz oyundur qələbə qazana bilmir.
“Yuventus” hazırda turnir cədvəlində 8-ci yerdədir və növbəti matçını oktyabrın 29-da “Udineze”yə qarşı keçirəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        