Ermənistan ordusunun Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda həll edilməli olan heç bir missiyası yoxdur.
Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan deyib.
O qeyd edib: “Biz gündəlik söhbətlərimizdə “döyüşə hazır ordu” anlayışını “müdafiə oluna bilən ordu”ya çevirməyi və yenidən formalaşdırmağı son dərəcə vacib hesab edirik. “Döyüşə hazır ordu” dedikdə, potensial döyüşün harada baş verə biləcəyini qeyd etmirik və bu kontekstdə vurğulamaq vacibdir ki, Ermənistan ordusu müdafiə xarakterli olmalıdır, yəni o, Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və təhlükəsizliyini qorumağa qadir olmalıdır”. pizza sifarişi
Nikol Paşinyan vurğulayıb ki, beynəlxalq hüquqa əsasən, hər bir dövlət öz vətəndaşlarının təhlükəsizliyini, o cümlədən mümkün kənar müdaxilələrdən təmin etməyə borcludur.
Telegram kanalımız