Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-də şatdaunun davam etməsi səbəbindən aztəminatlı amerikalılara ərzaq yardımı proqramı (SNAP) üzrə talonların verilməsi 2025-ci il 1 noyabr tarixindən etibarən dayandırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat ABŞ Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yer alıb.
Məlumatda deyilir: "Senatda demokratlar əlavə ərzaq yardımı proqramı (SNAP) kimi tanınan ərzaq talonlarının verilməsi proqramının maliyyələşdirilməsinə qarşı artıq 12 dəfədir səs veriblər. Nəticədə noyabrın 1-dən etibarən müavinətlər verilməyəcək".
SNAP (Supplemental Nutrition Assistance Program) ABŞ-nin aztəminatlı sakinlərinə güzəştli qiymətlərlə ərzaq almalarına, maliyyə dəstəyinə ümid bəsləmələrinə imkan verən federal proqramdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.