AZ

bp dərinsulu quyulara müdaxilə sahəsində ən qabaqcıl texnologiyanı Xəzərə gətirir

Bakı. Trend:

bp Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsininoperatoru kimi dünya neft və qaz sənayesinin ən müasirtexnologiyalarını Xəzər regionuna gətirməkdə davam edir. Busəylərdə əsas məqsədlərdən biri bu dünya səviyyəli yataqda hasilatıgücləndirmək, laylardan maksimum neftverməyə nail olmaq və yatağınistismar müddətini uzatmaqdır.

Bu məqsədə uyğun olaraq, bp Dərinsulu Günəşli ərazisində bir çoxquyularda sualtı müdaxilə əməliyyatlarına başlamağa hazırlaşır. Buişlər üçün bp-nin Xəzərdəki əməliyyatlarında ilk dəfə olaraq quyuyadikborusuz yüngül müdaxilə (QDYM) texnologiyası tətbiq olunacaq.Blue Ocean dikborusuz müdaxilə sistemi (BORİS) kimi tanınan butexnologiya Oceaneering International şirkətinin sualtı mexanikitros vasitəsilə quyuya müdaxilə sistemidir. Bu innovativ yanaşmatəzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsiimkanlarının səmərəli tədqiqinə və erkən aşkarlanmasına imkanverəcək və bununla da yatağın bundan sonrakı potensialının üzəçıxarılmasına kömək edəcək.

Yarımdalma qazma qurğularından asılılığı azaltmaq və sualtımüdaxilələrin daha erkən həyata keçirilməsini təmin etmək üçün buproqram Xəzərdə ilk dəfə tətbiq olunan daha bir yenilikdən -gəmidən icra olunan müdaxilə üsulundan istifadə edəcək. Bu odeməkdir ki, QDYM sistemi gəmi üzərinə inteqrasiya ediləcək vəbütün quyu müdaxilələri birbaşa həmin gəmidən icra olunacaq.“Xankəndi” sualtı tikinti gəmisi bu əməliyyatlar üçün ən uyğuntexniki baza kimi seçilib.

bp şirkəti bu proqramın təhlükəsiz və səmərəli icrası üçün artıqiki əsas müqavilə imzalayıb:

QDYM xidmətləri üçün Oceaneering International şirkəti iləçoxmilyonluq müqavilə. Bu müqaviləyə BORİS sisteminin gəmidəyerləşdirilməsi, yığılması və sınaqdan keçirilməsi, həmçininlayihənin idarə olunması, mühəndislik işləri, sistemlərininteqrasiyası və BORİS-in tətbiqi üçün tələb olunan avadanlıqların,materialların və inşa işlərinin təmin edilməsi daxildir.

QYM (Quyuya Yüngül Müdaxilə) xidmətləri üçün SLB şirkəti iləçoxmilyonluq müqavilə. Bu müqaviləyə ağır yüklərin qaldırılmasıişlərini ləğv etmək və “qırmızı zona”nın idarə olunmasınısadələşdirmək üçün kombinə edilmiş troslu/təkxətli (Combo) qurğununtəmin edilməsi, dövr etmə və təzyiq sınaqları üçün yüksək təzyiqlinasos işlərinə qadir təzyiq/maye boşaltma avadanlığı paketi, eləcədə bu işlər üçün tələb olunan çoxprofilli işçi heyətlərin təminedilməsi daxildir.

Bu proqram çərçivəsində dəniz əməliyyatlarının bu ilin sonunadəkbaşlanacağı və 2026-cı ilin sonunadək bitəcəyi gözlənilir.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyuəməliyyatları üzrə vitse-prezidenti Rassel Morris:

“Hesab edirik ki, QDYM texnologiyası - xüsusilə də DərinsuluGünəşli ərazisindəki quyulara BORİS sisteminin tətbiqi - bizəsualtı suvurma quyularını daha yaxından izləməyə, lay təzyiqininidarə olunması və hasilatın gücləndirilməsi üçün ən perspektivliimkanları müəyyən etməyə imkan verəcək. bp-nin qlobaləməliyyatlarında həyata keçirdiyimiz oxşar proqramlardakıtəcrübəmizdən istifadə etməklə Xəzərdə ilk dəfə tətbiq edəcəyimizgəmidən aparılacaq quyu müdaxilələrindən çox faydalanacağımızainanırıq. Bu, qazma qurğularından asılılığımızı azaldacaq vəimkanların erkən aşkarlanmasını mümkün edəcək. Bütün bunlar bizimsualtı əməliyyatlar aparmaq qabiliyyətimizi və imkanlarımızı xeyliartırır və Xəzərdə sualtı quyularların idarə olunması işlərindəyeni səhifə açır.”

Seçilən
27
13
az.trend.az

10Mənbələr