Tramp Putini “Burevestnik” raketinin sınaqları ilə bağlı tənqid etdi
Ajans.az Trampınsözlərinə istinadən bildirib: “O, müharibəyə sonqoymalıdır. Bir həftə davam etməli olan müharibə artıq dördüncü ilindədir. O, bunu etməlidir, raketləri sınaqdan keçirməməlidir”. Həftəsonu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Putinə raketin sınaqlarının uğurlu olduğunu bildirib. Putin də sınaqları uğurlu adlandıraraq qeyd edib ki, “dünyada heç kimin belə unikal silahı yoxdur”. 21 oktyabrda keçirilən sınaq uçuşu proqram tarixində ən uzun uçuş olub — raket təxminən 15 saat havada qalıb və 14.000 km məsafə qət edib. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildirib ki, sınaqlar haqqında məlumat “birbaşa ABŞ prezident administrasiyasının rəhbərliyinə və əsas şəxslərinə çatdırılır”.