AZ

Erkən diaqnozla süd vəzisi itkisinin qarşısı alına bilər -

“Erkən skrininq müayinələr nəticəsində əlinə dəyməyəcək səviyyədə biz xəstəliyi müayinə edib müalicə edirik”.Metbuat.az-ın məlumatına görə, bu sözləri onkoloq həkim Nərmin Axundova “Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” adlı tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, hər qadının bədənində bu xəstəliklə bağlı siqnal səsləri olur. O, xanımları gündəlik özünümüayinəyə çağırıb və süd vəzi xərçənginin erkən əlamətləri barədə məlumat verib.“Qadınlarımız hər gün ayna qarşısında 10 dəqiqə ərzində özlərini müşahidə edərək xəstəliyin qabaqcadan qarşısını ala bilərlər. Əgər dəri dartılırsa, portağal qabığı görünüşü alıbsa, dəridə qızartı varsa bu, xəstəliyin siqnalı sayılır. Erkən mərhələdə şişlərin müalicəsini, süd vəzisi itkisinin qarşısını almaq mümkündür. Süd vəzisi itirilən qadın sağlamlığını itirmiş kimi hiss edir, bunun qabaqcadan qarşısını almaq mümkündür. Biz qadınlarımıza qorxmağı deyil, addım atmağı öyrətməliyik. Xərçənglə müalicə qorxu ilə deyil, birlikdə qazanılır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
29
metbuat.az

1Mənbələr