AZ

Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi artıb

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanla Rusiya arasındaticarət əməliyyatlarının həcmi 3,659 milyard ABŞ dolları təşkiledib.

Trend bu barədəAzərbaycanın Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 161 milyonABŞ dolları və ya 4,6 faiz çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət əməliyyatları Azərbaycanınümumi xarici ticarət dövriyyəsinin 10,34 faizini təşkil edib.Bununla da Rusiya, Azərbaycanla ən böyük ticarət dövriyyəsinə malikölkələr arasında 3-cü yeri tutub.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyayaixracın həcmi 883,6 milyon ABŞ dolları olub. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 2,8 faiz çoxdur.Eyni zamanda, göstərilən dövrdə Rusiyadan Azərbaycana idxalın həcmi2,775 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə135 milyon ABŞ dolları və ya 5,1 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycanxarici ölkələrlə ümumilikdə 35,375 milyard ABŞ dolları məbləğindəticarət əməliyyatları həyata keçirib. Bu göstərici ötən ilin eynidövrü ilə müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faizçoxdur.

Ümumi xarici ticarət dövriyyəsinin 18,606 milyard ABŞ dollarıixracın, 16,769 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötənilin eyni dövrü ilə müqayisədə ixrac 1,248 milyard ABŞ dolları (vəya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard ABŞ dolları (və ya14,5 faiz) artıb.

Məqalədə:
Seçilən
30
1
az.trend.az

4Mənbələr