AZ

“Biz xalq olaraq sağlamlığımıza diqqət ayırmırıq”

“Korporativ sosial məsuliyyət yalnız şirkətlərin imicini deyil, həm də cəmiyyətlə dövlət qurumları arasında qarşılıqlı etimadı möhkəmləndirir”.

Redaktor.az xəbər verir ki, TƏBİB-in təşkilatçılığı ilə “Xərçəngdən Güclüsən” adlı tədbirdə TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli  bildirdi.

“Bizim fəaliyyətimiz təkcə bu layihələrlə məhdudlaşmır. İl ərzində ailə və uşaq problemləri ilə bağlı dövlət qurumları ilə birgə regionlarda sosial yönümlü layihələr həyata keçirmişik. Az təminatlı və yeni ailələr üçün DOST Agentliyi, Sosial Xidmətlər Agentliyi və “Ağıllar Evi” layihəsi çərçivəsində müxtəlif tədbirlər təşkil etmişik. Burada uşaqların qayğı və sevgi mühitində böyüməsinə xüsusi diqqət yetirilmişdir.
Eyni zamanda, dövlət qurumları ilə birgə il boyu müxtəlif peşə günləri münasibətilə sosial və tibbi tədbirlər keçirilir. Təəssüf ki, biz xalq olaraq profilaktik müayinələrə və sağlamlığımıza çox vaxt lazımınca diqqət ayırmırıq”.

Nuriyyə NATİQQIZI

Seçilən
22
1
redaktor.az

2Mənbələr