AZ

Macarıstanın Rusiya neft-qazından imtinasını gözləyirik – ABŞ diplomatı

Tramp administrasiyası Macarıstan hökumətinə Rusiya neft və qazından asılılıqdan qurtulması naminə kömək etməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Fox News telekanalına müsahibəsində ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker deyib.

Səfirin sözlərinə görə, ölkəsi Macarıstan, Slovakiya və Türkiyə kimi ölkələrdən özlərini Rusiya enerjisindən ayırmaq üçün planlar hazırlayıb həyata keçirmələrini gözləyir.

“Bilirsiniz ki, Macarıstan bir çox qonşularından fərqli olaraq heç bir plan hazırlamayıb və heç bir fəal tədbir görməyib. Ona görə də biz onlarla, eləcə də qonşuları ilə, məsələn, onlara Rusiya enerjidaşıyılarından imtina etməkdə kömək ola biləcək Xorvatiya və digər ölkələrlə işləməyə davam edəcəyik”, – amerikalı diplomat vurğulayıb.

Xatirə SADİQ

Seçilən
17
nocomment.az

1Mənbələr