GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp tezliklə Venesuelaya zərbələri genişləndirmək qərarına gələ bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” jurnalı ABŞ senatoru Lindsi Qremə istinadən məlumat yayıb.
“Prezident Tramp dünən mənə məlumat verdi ki, Asiyadan qayıdandan sonra Konqres üzvlərini Venesuela və Kolumbiyaya qarşı gələcək potensial hərbi əməliyyatlar haqda danışmaq niyyətindədir. Beləliklə, Konqresə hərbi əməliyyatların dənizdən quruya mümkün genişləndirilməsi barədə məlumat veriləcək. Mən bu ideyanı dəstəkləyirəm”, – Qrem bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.