AZ

"Bəxtiniz gətirib ki, onun cəmi 18 yaşı var"

Yazını böyüt
Yazını kiçilt

"Barselona"nın cinah oyunçusu Lamin Yamalın atası Ammunir Nasrui katalonların La Liqada "Real Madrid"ə səfərdə 2:1 hesabı ilə məğlub olmasından sonra oğlunun müdafiəsinə qalxıb.

Hafta.az xəbər verir ki, bu barədə "Championat" nəşri məlumat verib. "Bəxtiniz gətirib ki, onun cəmi 18 yaşı var. Barselonada görüşərik", - deyə Laminin atası oyundan sonra sosial şəbəkələrdə yazıb.

Xatırladaq ki, oyundan əvvəl 18 yaşlı Lamin "Real Madrid"ə qarşı sərt çıxışlarına görə mübahisənin mərkəzinə düşüb. Oyun zamanı Madrid klubunun futbolçuları öz narazılıqlarını göstərməyə cəhd ediblər və elə meydançada gənc oyunçunun "ağzını qapatmağa" çalışıblar. Final fitindən sonra oyunçular arasında münaqişə yaranıb və Yamal yenidən diqqət mərkəzinə düşüb.

Seçilən
34
hafta.az

1Mənbələr