Bakı. Trend:
Avropa İttifaqının "EU4Energy" layihəsinin 2-ci fazasıçərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi,Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) və Avropa EnerjiTənzimləyiciləri Şurasının (CEER) birgə təşkilatçılığı ilə 23-24oktyabrda media nümayəndələri üçün seminar keçirilib.
Bu barədə Trend-ə Enerji Məsələlərini Tənzimləmə Agentliyindənməlumat verilib.
Media seminarında iştirakçılara ictimaiyyətinməlumatlandırılması və enerji siyasətlərində şəffaflığınartırılmasında medianın rolu barədə geniş məlumat verilib. Yerli vəbeynəlxalq ekspertlər enerji sektorunun üzləşdiyi əsas çətinliklərvə bu çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulmuştədbirlərlə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.
Seminarın gedişində enerji tənzimlənməsinin ən vacib aspektləri,o cümlədən enerji sektorunun strukturu, tariflərin müəyyənedilməsi, xidmət keyfiyyəti və enerji səmərəliliyi üzrəaraşdırmalar ilə yanaşı, Aİ-nin qabaqcıl təcrübələri nəzərdənkeçirilib.
Tədbirdə həmçinin səmərəli kommunikasiyanın təmin olunması üçünenerji mütəxəssisləri, dövlət qurumları və media arasında sıxəməkdaşlığın zəruriliyi vurğulanıb.
Seminarın sonunda media nümayəndələrinə sertifikatlar təqdimolunub.