AZ

40-69 yaşlı qadınları illik müayinədən keçməlidir -

“Qadın onkoloji xəstəlikləri arasında süd vəzi xərçəngi birinci yer tutur. Dünyada hər 8 qadından biri bu xəstəliyə tutulur”.Metbuat-ın məlumatına görə, bu sözləri TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov “Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı” adlı tədbirdə çıxışı zamanı deyib. Anar İsrafilov bildirib ki, süd vəzi xərçəngi vaxtında aşkar edilib müalicəyə cəlb edildikdə, yaşama şansı 90-95 faizdir. O, 40-69 yaş arasında olan bütün qadınların illik müayinədən keçməsinin zəruriliyini vurğulayıb:“Əksər hallarda qadınlar maariflənmənin azlığından gec müayinə olunurlar. Bu, sadə, invaziv bir müayinədir. Bu işin təşkilində 3 texniki şərt ödənilməlidir: mamoloq, mobil mamoloq və maarifləndirmə xidməti təşkil edilməlidir. Eyni zamanda vətəndaş cəmiyyəti də bu məsələyə diqqətli olmalıdır. Bu iş təkcə TƏBİB-in təbliğatı ilə yekunlaşmır. Regionlarda iki mobil mamoqraf cihazı vasitəsi ilə müayinələr aparılır. Biz gələcəkdə bu məsələnin həlli istiqamətində çalışırıq. Vaxtında aşkar edilən xəstəlik müalicəyə cəlb edilərsə, nəticəsi də gözəl olacaq”.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
40
metbuat.az

1Mənbələr