Bərdə. Trend:
44 günlük Vətən müharibəsinin 31-ci günü, 27 oktyabr 2020-ci ilBərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbətidəfə raket hücumuna məruz qalmasından beş il ötür.
Trend xəbərverir ki, Ermənistan Silahlı Qüvvələrinin Bərdənin Qarayusiflikəndini "Smerç" raketləri ilə atəşə tutması nəticəsində şəhid olandinc sakinlərin xatirəsinin anım günü qeyd olunub.
Kənd sakinləri və şəhid ailələri, şəhidlərin həmkəndliləri1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı, 1959-cu iltəvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı, 1980-ci il təvəllüdlüİsmayılov Ehtiram Xəlil oğlu,1960-cı il təvəllüdlü Əliyeva AlmazSalah qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızınınxatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər. Eynizamanda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Ermənistan ordusunun raket atəşi nəticəsində 5nəfər şəhid olub, 14 nəfər yaralanıb, yaşayış evlərinə ciddi ziyandəyib.