Filippinin Neqros adasında yerləşən Kanlaon vulkanında baş verən partlayış nəticəsində təxminən 2 kilometr hündürlüyə qədər kül püskürüb.
"Cebheinfo.az" xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) 24 oktyabr tarixində yerli vaxtla gecə saatlarında Kanlaon vulkanında partlayışın baş verdiyini açıqlayıb.
Partlayış 3 dəqiqə davam edib və vulkandan təxminən 2 kilometr hündürlüyə qədər kül çıxıb.
Vulkanın hazırda əhali arasında artan narahatlıq və gərginliyə işarə edən ikinci xəbərdarlıq səviyyəsində olduğu bildirilib.
Rəsmilər bölgə sakinlərinə qapı və pəncərələrini bağlı saxlamalarını, həmçinin açıq yerləri nəm dəsmal və ya parça ilə örtmələrini tövsiyə ediblər.
Filippin Sakit okeanda “Odlu qövsü” adlanan, zəlzələlərin və vulkanik partlayışların sıx baş verdiyi fay xətti üzərində yerləşir.