AZ

ABŞ hökumətinin bağlanması dekabra qədər davam edə bilər

Ajans.az xəbər verir ki,bu barədə Demokrat Partiyasından Nümayəndə Anna Paulina Luna məlumat verib. O bildirib: “Potensial olaraq Şükranlıq gününə qədər, hətta daha uzun müddətə geri dönə bilmərik.” Hazırkı qismən bağlanma 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə səhər 08:00) maliyyə çatışmazlığı səbəbindən başlayıb. Bu, Konqresdəki Respublikaçı və Demokrat nümayəndələrin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi ilə bağlıdır. Partiyalar bir-birini bağlanmanı təhrik etmək və siyasi məqsəd üçün uzatmaqda ittiham edirlər. ABŞ qanunlarına görə, milli təhlükəsizlik və xarici siyasət sahəsində fəaliyyət göstərən departament və agentliklər federal hökumətin maliyyələşdirilməsi dayandırılsa da fəaliyyətini davam etdirməlidirlər. Oxşar tələblər həyatı və əmlakı qorumaq məqsədilə çalışan dövlət işçilərinə də aiddir. Onlar işləməyə davam etsələr də, maaşlarını hökumət maliyyələşməsi bərpa edildikdən sonra alırlar. Tarixi baxımdan, 1977-ci ildən bəri federal hökumətin maliyyələşdirilməsi administrasiya və Konqres arasındakı fikir ayrılıqları səbəbindən 20 dəfədən çox dayandırılıb. Ən uzun bağlanma 35 gün davam edib — 22 dekabr 2018-dən 25 yanvar 2019-a qədər, Donald Trampın birinci prezidentliyi dövründə.

 

Seçilən
55
Ajans.az

1Mənbələr