AZ

Trampın keçmiş baş müşavirindən “üç dövlətli həll” təklifi

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın keçmiş baş müşaviri Stiv Bennon özünün “Müharibə Otağı” adlı podkastı ilə trend mövzusu olaraq qalmaqdadır.

Hafta.az-ın yazdığına görə, Bennon İsrailin baş naziri Benyamin Netanyahunun Böyük İsrail hədəfinin həyata keçirə bilmədiyini və həmçinin öz sülh planını açıqladığını bildirib.

Özünü “katolik millətçisi” kimi təsvir edən keçmiş Ağ Ev strateqi, Fələstin probleminin bir və ya iki dövlətlə deyil, üç dövlətlə həll edilə biləcəyini irəli sürüb: “Netanyahunun Böyük İsrail layihəsi onun üzünə partladı... O, İsraili məhv etdi. Buna görə də üç dövlətli həll yoluna getmək lazımdır və onlardan biri Qüds xristian dövləti olmalıdır. Müqəddəs Torpaqda xristian dövlətinə ehtiyacımız var”.

Əvvəlki həftələrdə Bennon oxşar açıqlamalar verərək Qəzzada sülhün yalnız müsəlmanlar və yəhudilər tərəfindən təmin edilə bilməyəcəyini iddia etmişdi. Lakin o, xristian dövlətinin necə qurulacağına və ya qurulacağı təqdirdə sabitliyi necə təmin edəcəyinə dair cavab verməyib.

Fələstindəki xristianların sayı uzun müddət azalmaqdadır və indi burada yalnız 50 min xristianın qaldığı təxmin edilir. 1948-ci ilə qədər müəyyən edildiyi kimi, İsrail sərhədləri daxilində 135 min xristianın yaşadığı təxmin olunur.

Bannon əvvəllər “The Economist”ə verdiyi müsahibədə xəbərlərin əsas mövzularından biri olmuşdu. O, Trampın 2028-ci ildə üçüncü müddətə namizəd ola biləcəyini iddia edərək, cəmiyyətin bu vəziyyətə alışmalı olduğunu bildirmişdi.

ABŞ Konstitusiyasının prezidentlərə yalnız iki müddətə xidmət etməyə icazə verdiyi xatırladıldıqda, o, Tramp administrasiyasının bunun üçün bir planı olduğunu və detalların vaxtında açıqlanacağını iddia edib: “Şanslarımız 2016 və 2024-cü illərdə 2028-ci ilə nisbətən daha aşağı idi. Başladığımız işi bitirməliyik”.

Seçilən
52
hafta.az

1Mənbələr