Bakı. Trend:
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdətəqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiyaşöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəməninnövbəti prosesi keçirilib.
Trend xəbərverir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə dövlətittihamçısı çıxış edib.
Prokuror təqsirləndirlən Azər Maqsudovun 5 il 6 ay müddətəazadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkillər çıxış edib.
Müdafiə tərəfi məhkəmədən Azər Maqsudovun barışıq üçün addımatmadığını qeyd edib. Ona həbs cəzası verilməsini xahiş edib.
Azər Maqsudovun vəkili isə müvəkilinə bəraət verilməsiniistəyib.
Təqsirləndirilən Azər Maqsudov son sözlə çıxış edib.
O, bildirib ki, iş üzrə özünü təqsirli bilmədiyini məhkəməyəçatdırıb.
Müşavirədən qayıdan hakim hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini 4 ilmüddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tiplicəzaçəkmə müəssiəsində çəkəcək. Həmçinin, məhkəmə qaldırılan mülkiiddianı baxılmamış saxlayıb.
Xatırladaq ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçurayonu ərazisində baş verib.
Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçurayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəzatörədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətliavtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsindəavtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayonxəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etməkmümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul MərmərəUniversitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayanalim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransdaiştirak etmək üçün gəlibmiş.