AZ

İran parlamentində deputatlar sabiq prezident Ruhaniyə qarşı “ölüm” şüarları səsləndirib

Keçmiş prezidentin ABŞ ilə siyasəti və korrupsiya iddiaları parlamentdə gərginlik yaradıb...

Poliqon İranın SNN tele kanalına istinadən xəbər verir ki, İran parlamentində Tehrandan seçilmiş deputat Həmid Rasai sabiq prezident Həsən Ruhaninin məsuliyyətə cəlb olunmasını tələb edib. Deputatın sözlərinə görə, Ruhani administrasiyasının ABŞ ilə münasibətlərdə yürüdüyü siyasət ölkəyə daha sərt sanksiyalar gətirib və dövlətə zərər vurub.

ABŞ-la səkkiz illik gərginlik siyasətinin nəticəsi sanksiyaların daha da güclənməsi oldu. Ruhani belə açıqlamalarla zəif və zərərli idarəçiliyinin nəticələrindən ictimai diqqəti yayındırmaq istəyirdi”, deyə Rasai parlamentdə çıxışı zamanı bildirib.

Deputat həmçinin İranın ədliyyə rəhbəri Ğulamhüseyn Möhsini Əjeyiyə müraciət edərək sual edib: “Niyə Həsən Ruhani tərəfindən qanunun pozulması ilə bağlı iş bu səkkiz il ərzində araşdırılmayıb? Niyə onun doktorluq dissertasiyasında plagiat iddiaları üzrə heç bir tədbir görülməyib?”.

Rasainin çıxışından sonra bir qrup millət vəkili sabiq prezidentə qarşı sərt şüarlar səsləndirib. Onlar Ruhaniyə eyham vuraraq onun doğma soyadına istinadla “Fereyduna ölüm!” sözlərini hayqırıb.

Hadisə İran ictimaiyyətində və siyasi dairələrdə geniş rezonans doğurub. Analitiklər bildirirlər ki, bu insident Ruhani dövründə yürüdülən “Qərbə yaxınlaşma” siyasətinə qarşı sərt revanşist qüvvələrin təsirinin artdığını göstərir.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr