AZ

“Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması vacibdir” - Ermənistanın Baş naziri

“Biz regionda sülh, sabitlik və qonşuluğun təşviqi məqsədilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına əsaslanan daxili ikitərəfli və dövlətlərarası daşımalar üçün iki ölkə, yəni Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasının vacibliyini bir daha təsdiq etdik”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı “Tramp yolu” layihəsindən danışarkən deyib.

“Bu səylər Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə maneəsiz əlaqəni, beynəlxalq və ölkədaxili kommunikasiyalar baxımından Ermənistan Respublikasına qarşılıqlı fayda gətirməklə həyata keçirəcək”, - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
39
1
missiya.az

2Mənbələr