AZ

İran Suriya ilə münasibətləri bərpa etməyə yönəlib

Tehran Moskvanın Dəməşqlə əlaqələrindən yararlanaraq dialoq üçün əsas hazırlayır...

Tehran Suriya ilə münasibətləri bərpa etməyi hədəfləyir və bu məqsədlə Rusiyanın roluna ümid bəsləyir.

Poliqon xəbər verir ki, bu barədə IRNA Agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Suriya anlayır ki, İranla münasibətdə gərginliyi azalatmadan qonşu dövlətlərlə işləmək və əhəmiyyətli rol oynamaq mümkün deyil.

Xəbərdə qeyd olunur ki, Tehranda Suriyaya münasibətdə iki ssenarinin müzakirə edildiyi bildirilir və ən çox ehtimal ediləni münasibətlərdə gərginliyin azaldılması, dialoq və qarşılıqlı əməkdaşlıq üçün baza yaradılmasıdır. Bu ssenarinin reallaşması üçün “Tehran və Moskva arasında İranSuriya hökumətinin maraqları nəzərə alınmaqla məsləhətləşmələrin davam etdirilməsi” zəruri sayılır.

Həmçinin IRNA agentliyi vurğulayır ki, Rusiya-İran-Suriya üçlüyündə son zamanlar baş tutan rəsmi səfərlər – ilkin olaraq Suriyanın prezidentinin Moskvaya, ardınca Rusiya prezidenti tərəfindən Suriyaya təyin edilmiş xüsusi nümayəndənin Tehrana səfəri – üç ölkə arasında dialoqun davam etdirildiyini göstərir.

Poliqon.info

Seçilən
32
poliqon.info

1Mənbələr