AZ

Tramp Netanyahunun Türkiyə planını alt üst etdi KİV

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun “Türkiyəsiz Qəzza” planını alt-üst edən açıqlama verib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber 7” məlumat yayıb.

Nəşr yazır ki, Tramp Türkiyənin regionda olacağını vurğulayıb: 

“Bölgəyə tezliklə sülhməramlılar yerləşdiriləcək. Əsas ölkələr və Türkiyə də bu prosesə daxil olacaq. Hazırda hər şey yaxşı gedir. ABŞ-ın birbaşa müdaxiləsinə ehtiyac yoxdur. Görünür, mühüm ölkələr bu məsələni öz aralarında həll edə biləcəklər. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər bu işin içindədir. Eyni zamanda İndoneziya, İordaniya və Misir kimi regiondan bir qədər uzaqda olan, amma prosesə dolayısı ilə cəlb edilən ölkələr də var. Qısacası, hər kəs bu prosesin bir hissəsidir”.

Qeyd edək ki, Netanyahu Türkiyənin bu prosesdəki rolu ilə bağlı suala belə cavab verib: “Bu məsələ ilə bağlı çox aydın bir fikrim var. “Türkiyəsiz Qəzza” planını dəstəkləyirik”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
globalinfo.az

1Mənbələr