ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın hərbi xərclərinin ödənilməsi üçün istifadəsi fikrinə münasibət bildirib.
APA xəbər verir ki, Tramp bu məsələyə qarışmadığını qeyd edib.
“Mən bu məsələyə müdaxilə etmirəm, dondurulmuş aktivlərlə bağlı Avropa İttifaqından soruşun”, - ABŞ lideri jurnalistlərin sualına cavabında deyib.