AZ

Aybəniz Haşımova səhhətindən danışdı: Cüzi narahatlıq qalıb

“Sağ diz qapağımda dəhşətli ağrılar vardı, demək olar ki, ayağımı hərəkət etdirə bilmirdim”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova deyib.

Onun sözlərinə görə, lakin artıq cəmi 10 gün ərzində ARS Realibilitasiya Mərkəzində aldğı müalicə nəticəsində ağrıları tamamilə yox olub:

“Ayaqlarımdakı şiş azalıb, sağ dizimdəki ağrı sıfıra enib. Sdəcə cüzi bir narahatlıq qalıb. O da yaqin ki, gün ərzində yüklü iş rejimimdəndir”.

Nərgiz Məmmədli

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr