AZ

Hindistan sanksiyadan sonra neft üçün Yaxın Şərqə üz tutub

Hindistanın Rusiyadan neft idxal edən ən böyük şirkəti olan Reliance Industries şirkəti Yaxın Şərqdən aktiv şəkildə neft almağa başlayıb.

AzPost Bloombergə-ə istinadən bildirir ki, bu, ABŞ-ın Rosneft və Lukoil şirkətlərinə qarşı sanksiyalarının tətbiqindən sonra baş verib. Şirkət hazırda Səudiyyə Ərəbistanı, İraq və Qətərdən neft alır.

Bild-in məlumatına görə isə 2024-cü ildə Rusiya ixracatı bütün sanksiyalara baxmayaraq 18% artaraq 330 milyard dollara çatıb. Çin 130 milyard dollar dəyərində neft və qaz alaraq ən böyük alıcı olub. İsrail, Türkiyə və digər ölkələr də idxalını artırıblar. Avropada Rusiyadan idxal azalıb, lakin Almaniya, Fransa və Hollandiya hələ də neft və qaz alır.

AzPost.az

Seçilən
66
azpost.info

1Mənbələr