BAKI, 27 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi edən “Paşa Həyat Sığorta” ASC olub.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət hesabat dövründə 427 milyon 62 min manat ödəniş aparıb.
Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC ( 102 milyon 969 min manat) ikinci, “Atəşgah Həyat" Sığorta Şirkəti ASC (47 milyon 513 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Atəşgah” Sığorta Şirkəti ASC (29 milyon 471 min manat), “Qala Sığorta” ASC (19 milyon 401 min manat) izləyib.
Qeyd edək ki, ötən 9 ayda sığorta şirkətləri toplamda 683 milyon 896 min manat sığorta ödənişi ediblər.