Bakı. Trend:
27-31 oktyabr tarixlərində istismar müddəti başa çatmış vəistifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlikqaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakıpoliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzindəməhv edilməsi prosesi həyata keçiriləcək.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyəçağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətəçatdırırıq”, - deyə məlumatda bildirilib.
