AZ

Türkiyədən Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyə hazırıq - Paşinyan

Bakı. Trend:

Ermənistan oktyabrın 27-dən etibarən Türkiyədən Azərbaycana vəəks istiqamətdə yük maşınlarının tranzit keçidini təmin etməyəhazırdır.

Trend xəbər verirki, bu barədə parlament iclasında çıxış edən Ermənistan Baş naziriNikol Paşinyan bildirib.

“Azərbaycanın Ermənistana tranzit daşımalarına qoyulanməhdudiyyətləri aradan qaldırmaq qərarını tarixi hadisə hesabedirəm ... Cavab olaraq, Ermənistan bu gündən etibarən TürkiyədənAzərbaycana və əks istiqamətdə avtomobil nəqliyyatı ilə tranzitdaşımalarını təmin etməyə hazırdır, çünki hazırda bizdə yalnız buinfrastruktur mövcuddur”, - deyə o vurğulayıb.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasındasülh artıq baş vermiş faktdır və hər iki ölkə bu reallıqda yaşamağıöyrənməlidir.

“Biz sülhün qayğısını çəkməliyik, o cümlədən gələcək parlamentseçkilərinin - lakin bu sülhü qorumaq məntiqi ilə. Əks nəticəErmənistanın yenidən münaqişəyə sürüklənməsinə və onu forpostaçevrilməsinə gətirib çıxarar”, – deyə o əlavə edib.

Paşinyanın bildirdiyinə görə, Azərbaycanın ərazisindən, dahasonra isə Gürcüstandan keçməklə Ermənistana daxil olacaq ilktranzit yük Qazaxıstandan gətirilən buğda olacaq.

Məqalədə:
Seçilən
21
2
az.trend.az

3Mənbələr