AZ

Onlarla taksi sürücüsü avtovağzalda gecələyir - VİDEO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) yeni qərarı taksi sürücülərini çətin vəziyyətə salıb.

Milli.Az xəbər verir ki, son günlər Bakıda taksi sürücüləri üçün ciddi çətinliklər yaranıb. AYNA-nın "buraxılış vərəqəsi"nin (icazə sənədinin) alınmasına dair yeni tələblər tətbiq edildikdən sonra sürücülər kütləvi şəkildə ­Bakı Beynəlxalq Avtovağzalına üz tutur.

Onların sözlərinə görə, vərəqə almaq üçün səhərin açılmasından əvvəl sıralar formalaşır, gecədən növbəyə yazılanlar  xidmət ala bilmir:

"Sıra tutmaq üçün gecədən gəlirik, avtovağzalda gecələyirik. Səhər açılsa da, yenə də bizi yola sala bilmirlər. Çox əziyyət çəkirik," - deyə sürücülər bildirirlər.

Sürücülər müvafiq orqanlardan vəziyyətin tənzimlənməsini və prosesi sadələşdirən əlavə tədbirlərin görülməsini xahiş edirlər.

Qeyd edək ki, Bakı şəhərində taksi "icazələrinin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilib. 2025-ci ilin dekabrından qüvvəyə minəcəkqərara əsasən, Bakıda taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin say həddi 25 000 olaraq müəyyən edilib. 
 

Mehman Əsədov
Milli.Az

 

Seçilən
25
4
milli.az

5Mənbələr