AZ

Paşinyan ermənilərə xəbərdarlıq etdi: Münaqişə yenidən başlaya bilər

BAKI, 27 oktyabr. TELEQRAF

“2026-cı il sülh üçün həlledici əhəmiyyət daşıyacaq, çünki iyun ayında növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərin əsas məsələsi bir sualın cavabını tapmaq olacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan xalqı öz seçimi ilə sülhün sahibi olmalıdır, bu da qarşıdakı seçkilərin əsas siyasi məzmunu və məqsədidir.

“Qeyd etməliyəm ki, məsələ bu şəkildə qoyulub - həm hökumətin baxış bucağından, həm də tarixi və bütün digər mümkün aspektlərdən. Əks halda, Ermənistanın yenidən münaqişəyə geri qayıtması demək olacaq”, - Paşinyan vurğulayıb.

Seçilən
30
teleqraf.com

1Mənbələr