AZ

Ölkədə informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün yeni qaydalar təsdiq edilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri tərəfindən “Ölkəsəviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşmasəviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiqedilib. Qaydalar, Azərbaycan Respublikasında Rəqəmsal İnkişafKonsepsiyasının həyata keçirilməsi çərçivəsində, Prezidentin2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndininicrası məqsədilə hazırlanıb.

Yeni qaydalar çərçivəsində dövlət qurumlarında rəqəmsallaşmasəviyyəsi üzrə illik diaqnostika aparılacaq, biznes subyektləriüçün isə könüllü diaqnostika sistemi tətbiq olunacaq. Diaqnostikaprosesinin yekununda hər bir iştirakçı üçün rəqəmsal yetkinliksəviyyəsi müəyyən ediləcək, inkişaf tədbirləri planıhazırlanacaq.

Qiymətləndirmə nəticələrinə əsasən dövlət qurumları “İlkin”,“İdarə olunan”, “Müəyyən edilmiş” və “Optimallaşdırılan”səviyyələrinə, biznes subyektləri isə “Rəqəmsal həvəskar”,“Rəqəmsal təşəbbüskar”, “Rəqəmsal tətbiqçi” və “Rəqəmsal qalib”səviyyələrinə görə təsnif ediləcək.

Dövlət qurumlarının diaqnostika nəticələri AzərbaycanRespublikasının Prezidentinə təqdim olunacaq. Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi isə həm dövlət, həm də özəl sektordarəqəmsallaşmanın sürətləndirilməsi üçün metodiki və əməli dəstəkgöstərəcək.

Qaydaların qəbul edilməsi rəqəmsal transformasiyanın ölçüləbilən göstəricilər əsasında idarə olunmasını təmin edir vəresursların səmərəli bölgüsü baxımından ölkənin rəqəmsal gələcəyinədoğru atılmış önəmli addım hesab olunur.

Seçilən
35
8
az.trend.az

10Mənbələr