Misli Premyer Liqasının IX turundakı "Sabah"la oyun "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Patrik Andrade üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, kabo-verdeli futbolçu bu görüşdə Azərbaycan çempionatında 100-cü oyununa çıxıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qeyd edək ki, P. Andrade 2020/2021 mövsümündə debüt etdiyi Premyer Liqada iki klubun formasını geyinib. O, "Qarabağ"da 92 görüşdə 8 qola sevinib, "Araz-Naxçıvan"da isə 8 matçda iştirak edib.