AZ

Tələbə analara müavinət veriləcək- bu ölkədə...

Ajans.az xəbər verir ki,bu barədə RİA Novosti agentliyi Regional Əmək və Sosial Müdafiə Nazirliyinin əmrinə istinadən məlumat yayıb. Müavinət yalnız Rusiya vətəndaşlarına və Tula vilayətində daimi yaşayan şəxslərə şamil olunacaq. Yardım almaq üçün qadın hamilə kimi rəsmi qeydiyyatdan keçməli və ən azı 12 həftəlik hamiləlik müddəti olmalıdır. Maliyyə dəstəyi yalnız əyani təhsil alan texniki məktəb, kollec və universitet tələbələrinə veriləcək. Əvvəllər Rusiya hökuməti hamilə qadınlar və doğuş nəticələri barədə məlumatları əhatə edən xüsusi reyestrin yaradılacağını elan etmişdi. Baş nazirin müavini Tatyana Qolikova bildirib ki, reyestr 2026-cı il martın 1-dən fəaliyyətə başlayacaq.

 

Seçilən
70
Ajans.az

1Mənbələr