AZ

Mühafizəçi iş başında öldü

Bakı–Sumqayıt magistral yolunun yaxınlığında yerləşən dayanacaqlardan birində mühafizəçi işləyən şəxs həyatını itirib.

Hadisə gecə saatlarında qeydə alınıb. Mərhumun 1958-ci il təvəllüdlü Nizami İslam oğlu Həsənov olduğu bildirilir. O, səhər saatlarında həmkarları tərəfindən iş yerində hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbləri ekspertiza nəticəsində məlum olacaq.

Seçilən
25
nocomment.az

1Mənbələr