AZ

Bu ölkə sualtı dron ehtiyatları görür

Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya sualtı minaların aşkarlanması üzrə sualtı dronlarının alınmasına 150 milyon funt sterlinq (200 milyon dollar) xərcləyəcək.

Hafta.az xəbər verir ki, müasir dəniz dronları Qara dənizdə minaların təmizlənməsi, eləcə də kabellər və boru kəmərləri kimi kritik əhəmiyyətli sualtı obyektlərin qorunması üçün istifadə edilə bilər. "The Daily Telegraph" istinad etdiyi Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən dərc edilən müqaviləyə əsasən, ilkin mərhələdə 24 sualtı dronun alınması planlaşdırılır. Onların spesifikasiyaları dəqiqləşdirilməsə də, bu qənaətə gəlmək olar ki, hər bir cihazın qiyməti təxminən 6 milyon funt sterlinq (8 milyon dollardan çox) təşkil edəcək. Nəşrin sitat gətirdiyi Müdafiə Nazirliyi bəyan edib ki, pilotsuz gəmilər ekipajlı minaaşkarlama gəmilərindən daha sürətli hərəkət edir və daha yüksək dəqiqlik təmin edir. 

Seçilən
44
hafta.az

1Mənbələr