Rusiya hava hücumundan müdafiə qüvvələri ötən gecə Ukraynaya məxsus 193 pilotsuz uçan aparatını (PUA) vurub. Onlardan 34-ü Moskvaya doğru uçurmuş.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bryansk vilayəti üzərində 47, Kaluqa vilayəti üzərində 42 və Moskva vilayəti üzərində 40 PUA, o cümlədən Moskvaya istiqamətlənmiş 34 aparat zərərsizləşdirilib.
Nazirliyin məlumatına görə, daha 32 pilotsuz uçan aparat Tula vilayəti, 10-u Kursk vilayəti, 7-si Oryol vilayəti, 4-ü Rostov və Voronej vilayətləri, Orenburq və Tambov vilayətləri üzərində isə hər biri 4, Belqorod, Lipetsk və Samara vilayətlərində isə hərəsində 1 dron vurulub.