Moldova prezidenti Maya Sandu ölkəsinin Avropa Birliyinə üzvlük məsələsi barədə danışıb. O bildirib ki, ölkəsi səsvermə hüququna heç bir məhdudiyyət qoyulmadan yalnız Avropa Birliyinə tam hüquqlu üzv kimi qoşulmağı nəzərdən keçirir. Bazar günü Rock FM-ə verdiyi müsahibədə Sandu bildirib ki, Moldova AB-yə qoşulmaqla bağlı "danışıqların növbəti mərhələsinə başlamaq lazım olduğu mərhələdədir".
Dövlət başçısı bildirib ki, Kişinyov hakimiyyəti veto hüququ olmadan "məhdud inteqrasiya" ideyasını rədd edərək Avropa Birliyinə tam qoşulmaq üçün çalışır.
Mətləb