AZ

Gəncədə yolu keçən qadını maşın vurdu

GƏNCƏ, 27 oktyabr. TELEQRAF

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1986-cı il təvəllüdlü Könül Quliyevanı maşın vurub.

Qadın xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilib. Vəziyyəti kafidir.

İlkin məlumata görə, qəza hadisəsi piyada yolu qarşı tərəfə keçmək istəyərkən baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
35
teleqraf.com

1Mənbələr