AZ

Avropa ölkəsindən Türkiyə ilə bağlı təcili qərar: Ləğv ediləcək

BAKI, 27 oktyabr. TELEQRAF

Monteneqro hakimiyyəti Podqoritsada Türkiyə vətəndaşları tərəfindən yerli vətəndaşın yaralanmasından sonra Türkiyə vətəndaşları üçün vizasız rejimi tez bir zamanda ləğv edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Monteneqro Baş nazir Miloyko Spayiç məlumat verib.

“Təcili olaraq Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti ləğvinə qərar verəcəyik. Önümüzdəki dövrdə iqtisadi fəallığı və normal ikitərəfli münasibətləri qorumaq üçün Türkiyə ilə yaxşı əməkdaşlıq və müttəfiqlik ruhunda qarşılıqlı maraqlara cavab verən optimal model tapmaq üçün intensiv danışıqlara başlayacağıq”, - Spayiç qeyd edib.

Oktyabrın 26-da axşam Monteneqro polisi Podqoritsa sakinini bıçaqlayan iki Türkiyə vətəndaşını həbs edib. Hadisədən sonra əraziyə toplaşan yüzlərlə insan onlar əleyhinə şüarlar səsləndirib. Daha sonra hüquq-mühafizə orqanları digər cinayətlərə görə daha 45 Türkiyə vətəndaşını həbs edib.

Seçilən
52
1
teleqraf.com

1Mənbələr