Gəncədə qadın yol qəzasında xəsarət alıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Könül Quliyeva yolu keçmək istəyən zaman avtomobil onu vurub. Qadın xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Tural Əhmədov
 
                        