Pakistanın Əfqanıstanla həmsərhəd Hayber Paxtunxva əyalətində həyata keçirilən əməliyyat zamanı beş əsgər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.
Bildirilib ki, 24-25 oktyabr tarixlərində əyalətin Şimali Vəziristan və Kurram rayonlarında ölkəyə sızmağa çalışan silahlı qruplara qarşı əməliyyatlar keçirilib.
Əməliyyat nəticəsində 25 yaraqlı zərərsizləşdirilib, beş hərbçi həyatını itirib, çox sayda silah və sursat ələ keçirilib.