Karvan-Yevlax" rəhbərliyinin baş məşqçi Azər Həşimovu istefaya göndərməyə və onun tutduğu postu "Neftçi"nin futbol akademiyasının sabiq koordinatoru Elşad Əhmədova tapşırmağa hazırlaşdığı barədə xəbərlər səngimir.
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq müdafiəçisi Fanat.Az-açıqlamasında məlumatı təkzib edib:
"Belə bir şey yoxdur. Özümün də qarşıma çıxıb. Amma yayılan məlumatlar həqiqəti əks etdirmir".
Qeyd edək ki, 9 oyuna 5 xal toplayan "Karvan-Yevlax" Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Nihat